Kazanda keçirilən BRICS sammitinin mədəni proqramına daxil olan milli filmlərin nümayişi çərçivəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə və görkəmli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş “Planetlə dialoq” sənədli filmi nümayiş etdirilib.
Tədbirin təşkilatçıları bildiriblər ki, Rusiya kinorejissoru Qriqori Naxapetovun “ADM-JACK” kinoşirkətinin istehsalı olan sənədli film böyük şəxsiyyətlərin həyat və çoxşaxəli fəaliyyətindən bəhs edir.
“Mir” kinoteatrında nümayişdən əvvəl filmin müəllifi və rejissoru Q.Naxapetov tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, film Bişkekdə yerləşən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə çəkilib.