Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ekoloji mühit və cəmiyyət” adlı dəyirmi masa keçirilib.
Tədbirdə rəsmilər, 3 nömrəli Uşaq və gənclər incəsənət məktəbinin əməkdaşları, 327, 282, 146 və 87 nömrəli tam orta məktəblərin nümayəndələri və şagirdləri iştirak ediblər.
Çıxış edənlər Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzaladığı sərəncamdan, respublikamızda bu istiqamətdəki görülən işlərdən və il ərzində mərkəzin ekologiya ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışıblar.
Sonda 327, 87, 146 və 282 nömrəli tam orta məktəblərin şagirdlərinin əl işlərindən ibarət “Tullantılardan əl işləri” adlı sərgiyə baxış keçirilib.