Noyabrın 1-də Qazaxıstan Milli Tədqiqat Texniki Universitetinin Qazax və rus dili kafedrasının müdiri Almas Uderbayev, professorlar Rauza Uskenbayeva və Sagira Odanova, filologiya üzrə fəlsəfə doktorları Alfia Omurzaqova və Ədil Absattar AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

Bu barədə institutdan məlumat verilib. Görüşdə Dilçilik İnstitutunun direktor müavini dosent Baba Məhərrəmli Azərbaycan-Qazaxıstan münasibətlərinin qədim tarixindən söz açıb. Qeyd edib ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, ənənələrə malikdirlər. Həmçinin bu iki xalqı dil və din eyniliyi birləşdirir.

Görüşdə iki elmi müəssisə arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, ortaq termin, lüğətçilik məsələləri və digər istiqamətlər üzrə əməkdaşlığın qurulmasına dair müzakirələr aparılıb.

Qonaqlar Türk dilləri şöbəsinin elmi-tədqiqat işləri ilə də yaxından tanış olublar.