Azərbaycan Turizm Bürosu tərəfindən Polşanın aparıcı 12 turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, turizm sahəsində Polşa ilə Azərbaycan arasında potensial tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin təşviq edilməsi məqsədilə 30-a yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.

Səfər çərçivəsində Polşanın turizm sənayesi nümayəndələri işgüzar görüşlərlə yanaşı, Azərbaycanın mədəni irsi, qış turizm imkanları və "Şahdağ" Turizm Mərkəzində müasir xizək infrastrukturu ilə tanış olublar.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Varşavadan Bakıya orta hesabla həftədə 5 dəfə olmaqla ümumilikdə 183 uçuş həyata keçirilib. Həmin dövr ərzində Azərbaycana Polşadan səfər edənlərin sayı 7886 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur.