Şuşa Dövlət Musiqili Dram Teatrı Qarabağ Universitetində Zəfər Günü münasibətilə “Dəmir yumruq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirib.
Teatrın “Zəfər həftəsi” çərçivəsində təqdim etdiyi səhnə işi 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin dördüncü ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Kompozisiyada Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov və digər tanınmış aktyorların ifasında Azərbaycan və Türkiyə şairlərinin vətənpərvərlik mövzulu şeirləri səslənib.
Səhnə işinin ssenari müəllifi teatrın direktoru Əməkdar artist Yadigar Muradov, quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.