Ağdam Dövlət Dram Teatrında yazıçı-dramaturq Çingiz Ələsgərlinin “Gecikmiş məhəbbət” əsərinin məşqləri başlanıb.

Teatrın baş rejissoru Kərim Həsənovun quruluş verdiyi tamaşanın rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Ceyhun Yusifovdur.

Ailə-məişət mövzulu səhnə əsərində Əməkdar artist Aidə Qasımova, aktyorlar Elmir Hümbətov, Nuranə Əliyeva, Xəyalə Xudadatova, Zərifə Ağayeva, Ülviyyə Qasımova, Elman Məhərov, Qalib Abdullazadə, Anar Əhmədov, Rüstəm Məmmədov rol alıblar.

Tamaşa dekabr ayında teatrsevərlərə təqdim olunacaq.

Bundan başqa, yaradıcı heyət yeni ilin ilk həftəsində Sahib İbrahimlinin “Cənnət və cəhənnəm” tamaşası ilə Bakıya gələcək. Tamaşa yanvarın 7-də Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində göstəriləcək.