Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli noyabrın 29-da saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan şəhəri, Qalubiyyə küçəsi) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən bildirilib ki, vətəndaşlar noyabrın 23-dək nazirliyin absheron-khizi@culture.gov.az elektron poçt ünvanı və (018) 644-46-04 (daxili 308) telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.