F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 saylı Uşaq Evi Sosial Xidmət müəssisəsinin şagirdlərinin iştirakı ilə 20 noyabr – Dünya Uşaq Hüquqları Gününə həsr olunmuş “Mənim hüquqlarım” adlı tədbir keçirilib.

Kitabxananın əməkdaşı mövzu ilə bağlı təqdimat edib. Şagirdlərə uşaq hüquqlarının tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verilib.

Məktəblilərlə interaktiv sual-cavab sessiyası keçirilib, şagirdlər hüquq və vəzifələri haqqında fikirlərini bildiriblər.

Sonda uşaqlar kitabxana ilə tanış olublar və onlara “Göy qurşağı“ jurnalı hədiyyə olunub.