Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, Yasamal rayon Heydər Əliyev Mərkəzi və T.Abbasov adına 225 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Unudulmayan 44 gün və yüksələn bayrağımız” adlı tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, məktəblilər və başqa şəxslər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edənlər Zəfər Gününün tarixi əhəmiyyətindən, hərbçilərimizin Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlardan danışıblar.
Tədbirin bədii hissəsində yazıçı Sevinc Ağa Xəlilqızı “Zəfər mənimdir” poemasından bir parça səsləndirib, 225 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik akademiya”nın üzvləri məruzə ilə çıxış ediblər.
K.Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.