Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, YAP Səbail rayon təşkilatı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində “Zəfər sədası” adlı tədbir keçirildi.
“Zəfər həftəsi” çərçivəsində reallaşan tədbirdə Səbail icra başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələrinin üzvləri və qazilər iştirak edirdi.
Çıxış edənlər Zəfər bayramı münasibətilə təbriklərini çatdırdırdılar. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğal altındakı torpaqlarımızın azad edilməsi üçün göstərdiyi iradə və qətiyyət, Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanıldı. Qarabağın düşmən tapdağından qurtulması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi.