15-30 noyabr tarixlərində Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək.

11-22 noyabr tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərgidə Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan tanınmış rəssamların Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan yaratdıqları əsərlər nümayiş olunacaq.

Sərgini ziyarət etmək üçün biletləri www.itiket.az saytından əldə edə bilərsiniz.