Mingəçevir Turizm Kollecində “Uşaq hüquqları aylığı” (20 oktyabr – 20 noyabr) çərçivəsində “Uşaq hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə kollecin ümumi təhsil fənn birliyinin sədri, tarix müəllimi Nuridə Tanrıverdiyeva və hüquq müəllimi Qənimət Hüseynov çıxış ediblər.
Aksiyanın tarixi və məqsədləri haqqında məlumat verən N.Tanrıverdiyeva deyib ki, 20 noyabr 1959-cu il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən “Uşaq hüquqları Bəyannaməsi” və 1989-cu il 20 noyabr tarixində “Uşaq hüquqları haqqında Konvensiya” qəbul olunub.
Q.Hüseynova “Uşaq hüquqları haqqında Konvensiya”nın fəsilləri və əsas maddələri haqqında tələbələri məlumatlandırıb.
Sonra kollec tələbələrinin şəhər sakinləri ilə bu mövzuda müsahibələrinin yer aldığı videoçarx nümayiş etdirilib.
Daha sonra kollecin direktor müavini Aynurə Abbasova tələbələrlə maarifləndirici söhbət edib. müəllimlər və tələbələr bir masa arxasında uşaq hüquqlarının qorunması mövzusunda müzakirə aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsm) tərəfindən hər il 20 oktyabr – 20 noyabr tarixləri ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilir. Aksiya çərçivəsində mədəniyyət və təhsil ocaqlarında silsilə tədbirlər təşkil olunur.