Noyabrın 8-də Üzeyir Hacıbəylinin Ev-Muzeyində Zəfər Günü münasibətilə tədbir təşkil edilib.
Muzeyin ekspozisiya və kütləvi işlər üzrə şöbə müdiri Vəfa Bağırzadə Azərbaycan xalqının şanlı Zəfər qazandığı 44 günlük Vətən müharibəsi haqqında söz açıb. Möhtəşəm Qələbə ilə başa çatan müharibənin xalqımızın Ordumuzla sarsılmaz birliyinin və qətiyyətinin göstəricisi olduğu vurğulanıb: "Bu tarixi Qələbənin əldə edilməsində Ordumuzun şücaəti ilə yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyinin müstəsna rolu olub. Dövlət başçısının sarsılmaz iradəsi, strateji bacarığı və diplomatik ustalığı sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi".
Tədbirdə həmçinin Üzeyir Hacıbəyli kimi dahilərin Azərbaycanda milli məfkurənin, musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edilib.
Sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri tərəfindən Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.