Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş konsert keçirilib.
Xətai rayon Heydər Əliyev parkında baş tutan konsertdə rəsmilər, şəhid ailələri, qazilər , mədəniyyət işçiləri, rayon sakinləri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aparıcı konserti açıq elan edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin dördüncü ildönümü ölkəmizin hər yerində böyük sevinclə qeyd edilir. Bu gün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. Bu əlamətdar gün xalqımızın birlik, şərəf və qürur bayramıdır.
Konsertdə tanınmış müğənnilər, “Səma” rəqs qrupu çıxış ediblər.