Noyabrın 11-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestrinin ölkəmizdə keçirilən COP29 tədbirinə həsr olunan konserti keçirilib. Konsertdə səsləndirilən parlaq estrada motivləri tamaşaçılara unudulmaz musiqi zövqü bəxş edib.

Orkestrin bədii rəhbəri Xalq artisti Salman Qəmbərov, dirijoru Əməkdar incəsənət xadimi Vasif Axundov və Elbəy Məmmədzadədir.

Teatrın solistləri İlhamə Qasımova, Taleh Yahyayev, Rövşən Qəhrəmanov, Aynur İsgəndərli, Fəxri Kazım Nicat, Mədinə Kazımovanın ifaları tamaşaçıları unudulmaz emosiyalara bürüyüb. Orkestrin səs zənginliyindən həzz alan qonaqlar həm klassik əsərləri, həm də müasir aranjimanları özündə birləşdirən bir proqram dinləyiblər. Gecədə estrada janrının enerjisi ilə tamaşaçıların xoş münasibəti ahəngdar, cəlbedici aura yaradıb.

Konsert proqramını yerli musiqisevərlərlə yanaşı şəhərimizin qonağı olan turistlər də maraqla izləyiblər.