Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Sammitinin açılışına qatılan bir sıra dövlət və hökumət başçılarının xanımları və onları müşayiət edən nümayəndələr Azərbaycan Milli Xalça Muzeyində olublar.
Bosniya və Herseqovina, Braziliya, Qırğızıstan, Esvatini, İndoneziya, San-Tome və Prinsipi, Tanzaniya, Tuvalu, Banqladeş və Surinamın birinci xanımlarını muzeyin direktoru Əminə Məlikova qarşılayıb.
Qonaqlara zəngin milli-mədəni irsimiz olan Azərbaycan xalça sənəti, muzeyin kolleksiyaları barədə ətraflı məlumat verilib.
Ziyarətçilər həmçinin muzeyin zərgərlik fondunda nümayiş etdirilən
sənətkarlıq nümunələri ilə də tanış olublar.
Birinci xanımlar muzeydən zəngin təəssüratla ayrılıblar.