Ankarada soydaşımızın növbəti konserti

 

Noyabrın 24-də Azərbaycanın Əməkdar artisti İslam Manafov Ankaradakı “Mostarthaus” sənət və konsert salonunda solo konsertlə çıxış edəcək.

Ustad pianoçunun bu konsert üçün seçdiyi proqram rəngarəngliyi ilə diqqəti çəkir. Qorovist, Buzoni, Qodovski və Tatum kimi musiqi tarixində öz izini qoymuş dahi pianoçuların barokko dövründən XX əsrin caz musiqisinədək fərqli nümunələrin fortepiano üçün populyar işləmələri proqrama daxildir.

Həmin gün İslam Manafovu dinləməyə gələnlər J.P.Ramonun klavesin üçün süitalarından parçaları, K.V.Qlük və C.Qambatinin “Orfey” operasından melodiyanı, İ.S.Baxın “Xoral prelüdiyası” (V.Kempfin təfsirində) əsərini, həmçinin M.Moşkovski, F.Şopen, M.Qlinka, M.Balakirov, C.Gerşvin və S.Raxmaninovun məşhur bəstələrini dinləyə biləcəklər.

Gülcahan