COP29-un qonaqları da izləyiblər

 

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor Mustafa Aşurov) 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə konsert proqramı təqdim edilib.

COP29-un mədəni proqramı çərçivəsində təqdim edilən konsertin tamaşaçıları arasında əcnəbi qonaqlar da olub.

Orkestrin müşayiəti ilə Xalq artisti Gülnaz İsmayılova, beynəlxalq və respublika müsabiqələri laureatları Rəvanə Qurbanova, Günay İmamverdiyeva, Zabitə Əliyeva, Orxan Hüseynli, Seymur Həsənsoy, Anar Yusub, Rəvan Qaçayevin ifaları alqışlarla qarşılanıb.

Konsertdə Fikrət Əmirov, Hacı Xanməmmədov, Oqtay Kazımi, Aşqin Əlizadə, Süleyman Ələsgərov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Xan Şuşinski, Ələkbər Tağıyev, eləcə də xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.