Zəfərimizin 4-cü ildönümü münasibətilə hazırlanan səhnə nümunələri sırasına biri də əlavə olunub.

Lənkəran Dövlət Dram Teatrında yerli müəllif Qafar Cəfərlinin “Şəhid bayrağı” pyesi əsasında hazırlanan tamaşa teatrsevərlərin ixtiyarına verilib.

Noyabrın 7-də premyerası gerçəkləşən səhnə əsərinin  quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor assistenti Nuranə Nəcəfovadır.

Hərbi-vətənpərvərlik mövzulu birhissəli tamaşada rolları Əməkdar artist Sucəddin Mirzəyev, Prezident mükafatçısı Aynur Əhmədova, aktyorlar Miraslan Ağayev, Allahverən Babayev, Təranə Fərəcova, Buludxan  Buludov, Saleh Əzimzadə, Məleykə Cəfərova, Zeynal Məmmədli ifa edirlər.