Gəncə Dövlət Milli Dram Teatrında türk dramaturqu Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Teatrın baş rejissoru, Prezident mükafatçısı Elşad Əhmədovun quruluş verdiyi tamaşa ilk dəfə teatrın kiçik səhnəsində qoyulub.
Maraqla qarşılanan səhnə əsərində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artist Kəmalə Məmmədova və başqaları rol alıb.
İlin sonunadək Gəncə Dövlət Milli Dram Teatrında Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının, Toyqun Orbayın “İnsan oğlunun şərəfinə” dramının premyeraları da nəzərdə tutulub.