Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan qəsəbə Mədəniyyət evi və Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş “Atanın şikayəti” adlı tamaşa təqdim olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra səhnə işi oynanılıb. Bədii rəhbəri Güləndam İskəndərova, ssenari müəllifi və rejissoru Polad Ağa İbrahimov olan, “Qaravəlli” xalq teatrı və Mədəniyyət evindəki dram dərnəyi üzvlərinin ifasında təqdim edilən tamaşa maraqla qarşılanıb.