Noyabrın 22-də Salyan Dövlət Rəsm Qalereyasında “Akvarel yağışı” adlı rəsm sərgisi keçiriləcək.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşəcək sərgidə Salyandan olan 30 nəfərədək yeniyetmə və gənc rəssamın 40-dan çox əl işi nümayiş etdiriləcək.

Yalnız akvarellə çəkilən rəsmlərdə rəssamlar ana təbiəti, əsasən də çiçəkləri tərənnüm ediblər.

Sərgi boyu Salyan rayon Mədəniyyət Mərkəzi solistlərinin ifasında musiqi nömrələri ziyarətçilərin könlünü oxşayacaq.

Sərgiyə giriş sərbəstdir.