Tədqiqatçılar Sakit okeanın cənub-qərbində dünyanın ən böyük mərcanını aşkar ediblər.

Çin mediası xəbər verir ki, mərcanın diametri 32 metr, hündürlüyü 5,5 metrdir. O, “National Geographic Pristine Seas” komandasının dəniz alimləri tərəfindən Solomon adalar qrupunun yaxınlığında aşkarlanıb. Alimlərin sözlərinə görə, mərcan təxminən 1 milyard polip şəbəkəsindən ibarətdir, yaşı isə 300-500 il diapazonu arasındadır.

“National Geographic” tədqiqatçısı Enrik Sala tapıntını mühüm elmi kəşf adlandırıb. Komanda mərcanın yaxşı vəziyyətdə olduğunu bildirsə də, onun qlobal istiləşmənin təsirlərinə məruz qaldığı barədə xəbərdarlıq edib.

Sonrakı araşdırmalar göstərib ki, mərcan bir neçə dəniz heyvanı növü üçün mühüm sığınacaq və çoxalma yeridir.