Belçikalı sürrealist rəssam Rene Maqrittin (1898–1967) “İşıq imperiyası” tablosu Nyu-Yorkda “Christie’s” hərracında 121,2 milyon dollara satılıb.
Məlumatlara görə, bu, ilin əvvəlindən bəri satılan sənət əsərləri üçün rekord qiymətdir. Maqritt tərəfindən 1954-cü ildə çəkilmiş tablonu anonim şəxs (telefonla əlaqə saxlayaraq) alıb.
“İşıq imperiyası” ağaclarla əhatə olunmuş evləri təsvir edən eyniadlı 17 rəsm əsəri silsiləsidir. Səciyyəvi cəhəti ondan ibarətdir ki, evlər və ağaclar gecə işığında, onların üzərindəki səma isə gündüz işığında çəkilib. “Christie’s” tərəfindən satılan tablo bu silsilənin ən böyüyüdür.
2022-ci ildə rəssamın bu seriyadan daha bir əsəri Londonda “Sotheby’s” hərracında 79,8 dollara satılmışdı.