Bülbülün ocağında COP29 münasibətilə sərgi
Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə COP29-a həsr olunan “Təbiətin rəngi” adlı sərgi açılıb.
Sərgidə İncəsənət Gimnaziyası Təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri Zümrüd Məmmədova, İnci Salmanlı, Nəzrin Əliyeva, Əminə Hidayətli, İlya Saryov, Nərgiz Qurbanova, Nilay Məmmədova, Minarə Abdullayeva, Sofiya Qurbanova, Gülnaz Cəfərli, Suel Babazadə, Davud Vəliyev, Murad İsayev və Selin Mikayılovanın əl işləri nümayiş etdirilib.
“Təbiətin rəngi” sərgisi noyabrın 25-dək davam edəcək.