Lənkəran Dövlət Dram Teatrının truppası Cavid Zeynallının eyniadlı dramı əsasında hazırlanan “Tanrı quşu gəlmədi” tamaşasını noyabrın 18-də Biləsuvar rayonunda nümayiş etdirib.
Biləsuvar rayon Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşanı Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, idarə və müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri izləyiblər.
“Tanrı quşu gəlmədi” növbəti gün Salyan Dövlət Kukla Teatrında da nümayiş etdirilib.
Hər iki məkanda tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki, səhnə əsəri mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi həyatından bəhs edir. Quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Aydan Əliyevadır.
Rolları Xalq artisti Qabil Quliyev (Süleyman), aktyorlar Qızılgül Quliyeva (Lamət), Saleh Əzimzadə (Mustafa), Gülər Kərimova (Aynur), Elçin Hacıyev (Toğrul), Əlizamin Abbasov (Bəxtiyar), İmaməli Əskərov (Barış) oynayırlar.