İtaliyalı məşhur rəssam Mikelancelo Karavacconun indiyədək heç bir sərgiyə daxil edilməyən əsəri – “Maffeo Vinçenzo Barberininin portreti” ilk dəfə Romada nümayiş olunur.

İtaliyalı din xadimi Maffeo Vinçenzo Barberini 1623-1644-cü illərdə Roma Katolik Kilsəsinin rəhbəri –  Papa VIII Urban olub. Portret Barberininin 30 yaşında Vatikanda məşhurlaşdığı vaxt, amma hələ Papa olmadan əvvəlki dövrdə çəkilib.

Florensiyada şəxsi kolleksiyada saxlanılan əsər Karavacconun çəkdiyi və indiyədək qalmış nadir portretlərindən biridir. Əsər Romadakı Palazzo Barberini Muzeyində sərgilənir. Rəsm gələn il fevralın 23-dək burada nümayiş olunacaq.