Saatlı Dövlət Rəsm Qalereyasında Saatlı Rayon İcra Hakimiyyəti Saatlı Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə “Əməkdar mədəniyyət işçisi” Sürəyya Zeynalovanın “Muğanın rəngləri” adlı fərdi rəsm sərgisinin açılışı keçirilib.

Rayonun icra başçısı Elmir Bağırov və tədbir iştirakçıları sərgi ilə tanış olublar. İcra başçısı rəssamın mədəniyyət sahəsində uzunillik fəaliyyətindən bəhs edib, əsərlərinin ideya-bədii xüsusiyyətlərindən danışıb.

Sürəyya Zeynalovanın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra müəllif sərgilənən əsərləri barədə məlumat verib, yaradıcılığına göstərilən diqqətə görə təşəkkür edib.

Sonda rəssama fəxri fərman təqdim olunub.

Qeyd edək ki, sərgidə rəssamın 20 yeni əsəri yer alıb.