Xəbər verdiyimiz kimi, Mərkəzi Aran RMİ tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilir.
Müsabiqədə regional idarənin xidməti əhatəsinə aid olan Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından uşaqlar iştirak ediblər.
Seçim mərhələsində ümumilikdə 200-ə qədər namizəd təbiətə və ətraf mühitə həsr edilmiş rəsmlərini müsabiqəyə təqdim edib.
Birinci mərhələdə fərqlənən namizədlər finalda iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, final mərhələsinin keçirilmə yeri və tarixi barədə ətraflı məlumat veriləcək.