Şirvan-Salyan RMİ-nin təşkilatçılığı ilə keçirilən qrafik dizayn kursunu müvəffəqiyyətlə başa vuran əməkdaşlara sertifikatlar verilib. Sertifikatlar RMİ-nin rəisi Şahin Şahbazov tərəfindən təqdim olunub.

Kursun əsas məqsədi idarənin tabeliyində olan müəssisələrin işçilərinin qrafik dizayn bacarıqlarını inkişaf etdirmək və bu biliklərin iş prosesində tətbiqini təmin etməkdir.

3 ay davam edən tədris proqramı regional idarənin kompüter üzrə mütəxəssisi Vüsal Məmmədov tərəfindən aparılıb.

Tədbirdə 40 ildən artıq mədəniyyət sahəsində fəaliyyət göstərən Adil Əhmədova Mədəniyyət Nazirliyi tərəfindən verilən “Əmək veteranı” vəsiqəsi də təqdim olunub.

Qeyd edək ki, kursun Biləsuvar rayon Heydər Əliyev Mərkəzində davam etdirilməsi nəzərdə tutulur.