Dekabrın 3-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Adilə Nəzərin “Axirətdən gələn səs” qəhrəmanlıq dramı əsasında hazırlanmış “Səs” tamaşasının premyerası olacaq.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində saat 19:00-da nümayiş olunacaq səhnə əsəri Vətən müharibəsinin şəhid mayoru Vüsal Vəliyevin həyat və döyüş yolundan bəhs edir.
İftixar Piriyevin “qeyri-səlis təbəddülat” kimi quruluş verdiyi tamaşa Vətən müharibəsində şücaət göstərmiş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.