M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində noyabrın 29-da Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin “Dini musiqi axşamı” adlı konserti keçirilib.

Bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə Cəmilə Cavadova-Spitzberq (orqan), İlham Nəzərov (kontratenor) və Fatimə Cəfərzadə (soprano) çıxış ediblər.

Proqramda G.F.Hendelin “Kraliça Şebanın gəlişi”, G.B.Pergolesinin “Qəmli ananın ağısı”,  İ.S.Baxın 3 saylı orkestr süitasından “Hava”, F.Poulencin orqan, timpani və simli orkestr üçün konsert (g-moll, op.36), R.Giazottonun “Adagio Albinoni" (g-moll) əsərləri səsləndirilib.