Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə noyabrın 29-dan dekabrın 6-dək Almaniya, Avstriya və İsveçrənin 14 turizm şirkətinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, səfər çərçivəsində ikitərəfli əlaqələrin yaranması və əməkdaşlığın təşviq edilməsi məqsədilə 35-ə yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.
Səfər müddətində almandilli ölkələrin turizm şirkətlərinin nümayəndələri Bakının turizm əhəmiyyətli yerləri ilə yanaşı, Şəki və Qəbələni ziyarət edib, mədəni, tarixi, təbiət turizmi üzrə məhsullarla tanış olublar.
2024-cü ilin yanvar-noyabr aylarında Almaniya, Avstriya və İsveçrədən ümumilikdə Azərbaycana 25 min 599 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artım deməkdir.