Suriyada keçid hökuməti

 

Dekabrın 8-də Suriyada 53 illik Əsəd rejiminin (Hafiz Əsəd: 1971–2000; Bəşər Əsəd: 2000–2024) süqutundan sonra ölkə yeni dövrə qədəm qoyur. Hərçənd sıraları yekcins olmayan müxalif qruplaşmaların hakimiyyəti aralarında necə bölüşdürəcəyi də xeyli suallar doğurur.

Hələlik Suriya keçid hökumətinin müvəqqəti başçısı vəzifəsini Məhəmməd əl-Bəşir icra edəcək. O, dekabrın 10-da televiziyada yayımlanan bəyanatında bildirib ki, 1 mart 2025-ci ilə qədər Suriya keçid hökumətinin müvəqqəti baş naziri təyin edilib.

Ölkəyə faktiki rəhbərliyi ilə Bəşər Əsədin devrilməsində əsas rol oynayan İslamçı Heyət Təhrir əl-Şam (HTŞ) qruplaşmasının başçısı Əbu Məhəmməd əl-Culani edir. O, 1982-ci ildə Səudiyyə Ərəbistanında suriyalı qaçqın ailəsində anadan olub. Əslən Suriyanın 1967-ci ildə İsrailin zəbt etdiyi Qolan (Culan) bölgəsindəndir. Soyadını da bu yerdən götürdüyü bildirilir.

Suriyada keçid hökuməti dövründə əsas qanunlara dəyişiklik etmək üçün konstitusiya komitəsinin yaradılacağı da gələn xəbərlər arasındadır. “Konstitusiyaya əlavə və dəyişikliklər edilIəcək, yeni Suriya ədalətə və qanuna əsaslanacaq, bədnam həbsxanalara yer qalmayacaq”, – deyə Suriya siyasi müxalifət nümayəndəsi Qətərin “Əl-Cəzirə” kanalına bildirib.