İşğaldan azad olunmuş torpaqlarda məskunlaşma davam edir. Dekabrın 13-də Xocalı rayonunun Ballıca kəndinə ilk köç olub. İlk mərhələdə 27 ailə olmaqla, 152 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov mənzillərin açarlarını ailələrə təqdim edərək onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıb.

Sakinlər 32 ildən sonra öz yurdlarına qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıblar.