Sədərək Mədəniyyət Sarayında “Sevdası Vətən olanlar” kitabının təqdimatı keçirilib.
Tədbirdə Sədərək rayonunun icra başçısı Naim Cahidzadə, Şərur rayonun icra başçısının birinci müavini Səfər Hüseynov, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov, müavini Əli Əlisoy, şəhid ataları Rəhim Mədətov, Hümbət Rzayev, şəhid anası İradə Quliyeva, “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev çıxış ediblər.
“Şərq qapısı” qəzetinin əməkdaşı Ramiyə Əkbərovanın qələmə aldığı yeni nəşrdə Şərur və Sədərək rayonlarından olan Qarabağın azadlıq mübarizəsində qəhrəmanlıq göstərən şəhidlər haqqında məqalələr yer alıb. Kitabda 43 şəhidin həyat hekayəsi və döyüş yolu öz əksini tapıb.