Nyu-Yorkdakı Morqan Kitabxana-Muzeyində məşhur polyak bəstəkarı Frederik Şopenin (1810–1849) naməlum valsının not əlyazması tapılıb.

Xarici medianın məlumatına görə, not yazısı 2019-cu ildə muzeyə vəsiyyət edilib, lakin koronavirus pandemiyası səbəbindən lazımi kataloqlaşdırmadan keçməyib. Əlyazma Şopenin əli ilə yazılmış kimi qəbul edilib, lakin onun imzası olmayıb.

Müəllifin əlyazmasını, dəst-xəttini və kağızı tədqiq edən mütəxəssislər belə qənaətə gəliblər ki, əsərin müəllifliyi Şopenə məxsusdur. Not əlyazması 1830–1835-ci illərə aiddir.

Şopenin yeni aşkarlanan valsının ilk ifaçısı çinli pianoçu Lang Lan olub. İfa təxminən 80 saniyə davam edir.