M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dekabrın 19-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş konsert proqramı keçirilib.

Musiqi axşamında Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor: Xalq artisti Gülbacı İmanova), Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru (bədii rəhbər: Əməkdar incəsənət xadimi Dilarə Əliyeva) və konsertmeysterlər – Elxan Niftiyev, Şahin Yaqubzadə, Yusif Əlizadə (zərb alətləri), Eldar İsababayevin (bas-gitara) müşayiəti ilə solistlər – Adil Baxışlı, Leyla İbrahimova, Emin Məmmədov, “Güləbatın” kvarteti, İsmayıl Pənahov və Yekaterina İsayeva çıxış ediblər.

Səsləndirilən bir-birindən maraqlı musiqi nümunələri dinləyicilərə bayram ab-havası yaşadıb.

Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinə yer verilən konsert proqramı alqışlarla qarşılanıb.