Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə V.Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbində Xalq rəssamı, heykəltaraş Mirələsgər Mirqasımovun (1924-2003) 100 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib.
Əvvəlcə görkəmli heykəltaraşın həyat yolu və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan heykəltaraşlıq sənətinin inkişafında mühüm rol oynamış sənətkarın xidmətləri həmişə yüksək qiymətləndirilib. O, müxtəlif orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunub. Onun mənalı yaradıcılıq yolu gənc heykəltaraş nəsilləri üçün zəngin sənət məktəbidir. Heykəltaraşın əsərləri Rusiya, Polşa, Bolqarıstan, Almaniya, Kanada, Misir və başqa ölkələrdə uğurla nümayiş etdirilərək Azərbaycan sənət məktəbinə şöhrət qazandırıb.
Sonra tədbir iştirakçıları rəsm sərgisi ilə tanış olublar.