Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərdəkan Mədəniyyət Sarayı və 8 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici dəyirmi masa keçirilib.

Əvvəlcə gənc rəssamların mövzu ilə əlaqədar çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxış olub.

Sonra “bəşəri bəla” kimi səciyyələndirilən narkomaniyanın ağır fəsadlarından, xüsusilə, gəncliyə vurduğu ağır zərbədən danışılıb.

Bildirilib ki, narkomaniyaya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı tədbirlər görülməsi vacibdir. Azərbaycan dövləti tərəfindən bu istiqamətdə həyata keçirilən işlərə bütün vətəndaşların dəstək verməsi böyük əhəmiyyət kəsb edir.