M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Kövkəb Səfərəliyeva adına I Beynəlxalq festival-müsabiqənin qala-konserti keçirilib.

Dekabrın 19-da gerçəkləşən konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Piccolo Tutti” orkestri (bədii rəhbər Teymur Göyçayev) və “Festival” orkestrinin (dirijor Robert Canetti, İsrail; konsertmeysterlər Tomris Hüseynova, Aqşin İsmayılov və İrina Mehdiyeva) müşayiəti ilə festivalın I yer və Qran-pri laureatları Kamilla Hüseynli (Azərbaycan), Ananiya Baladji (Hindistan), Elmira Dadaşova, Yuliya Dubek (Polşa), Amaliya Əliyeva, İvan Abdelmalak (İsrael), Minə Göyçayeva, Sultan Kərimov, Amina Axmedjanova (Qazaxıstan) çıxış ediblər.