Xaçmaz şəhərində Birinci Qarabağ və 44 günlük Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan dörd qəhrəman döyüşçüyə həsr olunmuş film təqdim edilib.
Filmdə xaçmazlı şəhidlər Rəhim İmamov, Hüseyn Sultanov, Fərid Seyfullayev və Fazil Quliyevin həyat və döyüş yolundan bəhs olunur.
Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində şəhid ailələri, qazilər, müəllim və şagirdlər iştirak ediblər.
Filmin müəllifi Həsən Arazov, Xaspoladoba kənd tam orta məktəbinin direktoru Tural Məmmədov çıxış edərək Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli yoldan, qazanılan şanlı Zəfərdən danışıblar.
Şəhidlər Rahim İmamovun anası Yasəmən İmamova, Fərid Seyfullayevin bacısı Fəridə Seyfullayeva Vətən uğrunda canından keçən qəhrəmanlarla qürur duyduqlarını söyləyib, şəhidlərin xatirəsinə göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.
Çıxışlardan sonra film nümayiş olunub.