AzMİU tələbələrinin sərgisi

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycan – qədim tarixi yurdumuz” mövzusunda rəsm sərgisi açılıb.

Rektor Gülçöhrə Məmmədova mərasimdə çıxış edərək bildirib ki, sərgidə nümayiş olunan əsərlər Qərbi Azərbaycanın maddi və mədəni irsini, tarixi abidələrini və adət-ənənələrini əks etdirir. O, həmçinin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq, Qərbi Azərbaycana da qayıdışın qaçılmaz olduğunu bildirib.

Qərbi Azərbaycan İcmasının aparat rəhbəri sənətşünas Qalib Qasımov tarixi yurd yerlərimizlə bağlı belə sərgilərin əhəmiyyətindən söz açıb.

Birinci Qarabağ müharibəsi şəhidi Şirindil Həsənquliyevin bacısı Nazlıxanım Həsənquliyeva və İkinci Qarabağ müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov da ürək sözlərini bölüşüblər.

Təqdim edilən əsərlər AzMİU-nun Memarlıq və Dizayn fakültələrinin tələbələri tərəfindən Təsviri incəsənət kafedrası müəllimlərinin rəhbərliyi ilə hazırlanıb.

Sərgidə fərqlənən tələbələrə diplomlar, digər iştirakçılara təşəkkürnamələr təqdim olunub.