Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən yanvarın 17-də saat 10:00-da Şamaxı rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında (Şəhriyar küçəsi, 36) Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 2025-ci il yanvarın 13-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.