Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Retro görüş" layihəsi davam edir. Layihə çərçivəsində Xalq artisti, xanəndə, pedaqoq Nəzakət Teymurova ilə görüş keçirilib.
Görüşdə Nəzakət Teymurovanın həyat və fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olan xanəndənin ilk rolu "Leyli və Məcnun" operasında Leyli olub. O, həmçinin "Aşıq Qərib"də Şahsənəm, "Gəlin qayası"nda Gülbahar, "Natəvan", "Vaqif" və "Koroğlu" operalarında Xanəndə qız rollarında çıxış edib.
Opera səhnəsində çıxışları ilə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarının da mahir ifaçısı kimi tanınır.
Sonra sənətkar xalq və bəstəkar mahnılarını səsləndirib, tamaşaçıların suallarını cavablandırıb.