Aprelin 17-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Rusiya Federasiyası Krasnodar diyarının kurortlar və turizm nazirinin müavini Oleq Şutovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkə arasında dostluq münasibətlərindən söz açan Nazim Səmədov Krasnodar diyarı ilə turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu və qarşı tərəfin bu istiqamətdə səylərini alqışladığını bildirib.
Oleq Şutov öz növbəsində gələcəkdə əməkdaşlığın genişləndiriləcəyinə ümidvar olduğunu deyib. Qonaq Krasnodar diyarının turizm imkanları, Soçi Olimpiya Oyunları üçün yaradılmış infrastrukturun istifadəsi barədə məlumat verib, Azərbaycanla turizm əlaqələrinin genişləndirilməsində, ölkəmizdən bölgəyə turist axınının artırılmasında maraqlı olduqlarını vurğulayıb.
Nazim Səmədov müxtəlif rentabelli istiqamətlərdə turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsinin müsbət nəticə verəcəyini qeyd edib, ölkəmizin zəngin mədəni irsi, turizm potensialı barədə danışıb. Nazir müavini ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə - 2011-ci ildə boks üzrə XVI dünya çempionatı, “Eurovision - 2012” mahnı müsabiqəsi, 2012-ci ildə FİFA U-17 qadınlararası dünya çempionatı və s. nüfuzlu yarışmalara ev sahibliyi etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, beynəlxalq tədbirlərin təşkilində mühüm təcrübə əldə edən ölkəmizdə 18-19 may 2015-ci il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, cari ilin 12-28 iyun tarixində I Avropa Oyunları, 2016-cı ildə “Formula - 1” yarışması, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə Futbol üzrə Avropa çempionatının bir neçə matçı keçiriləcək.
Oleq Şutov qəbula görə Nazim Səmədova təşəkkür edib, Azərbaycanla Krasnodar diyarı arasında turizm sahəsində əlaqələrin bundan sonra daha da genişlənəcəyinə ümid etdiyini bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar