Aprelin 21-də İtaliyanın paytaxtı Romada "Classis-Project" qeyri-hökumət təşkilatı tərəfindən "Sirli Azərbaycan: sivilizasiyaların kəsişməsində mədəni irs və təbii gözəlliklər" adlı layihəsi çərçivəsində "Azərbaycan və İtaliya arasında turizm əlaqələrinin qurulması" mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi Şahin Şahbazov iştirak edib.
Konfransın əsas məqsədi mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əlaqələrin qurulması və Azərbaycanın turizm potensialının, tarixinin və mədəniyyətinin İtaliyada təbliğ edilməsidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar