Mayın 17-dən 22-dək Qazaxıstanın turizm şirkətlərinin 16 nəfərlik nümayəndə heyəti üçün Azərbaycana infotur təşkil ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «OK Tours» turizm şirkətinin təşkilatçılığı ilə baş tutacaq infotur zamanı qonaqlar respublikanın turizm potensiallı bölgələrini gəzəcək, tarixi, milli-mədəni irs nümunələrimizlə tanış olacaqlar. «OK Tours» turizm şirkətindən verilən məlumata görə, Qazaxıstanın Almatı və Astana şəhərləri turizm şirkətləri təmsilçilərinin Gəncə, Naftalan, Şəki və Qəbələ şəhərlərinə səfərləri təşkil ediləcək. Onun sözlərinə görə, infotur əsasən ölkəmizin müalicə turizmi imkanlarını tanıtmaq məqsədilə həyata keçirilir.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar