Mayın 13-dən 15-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək «KİHE-2015» beynəlxalq səhiyyə sərgisində Azərbaycanda fəaliyyət göstərən sağlamlıq turizmi mərkəzləri də təmsil olunacaq. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin sözlərinə görə, sərgidə quruma daxil olan «Duzdağ» Fizioterapiya Mərkəzi (Naxçıvan), Masallıdakı «Yengicə SPA & Thermal» və Naftalandakı «Naftalan Çinar SPA» turizm mərkəzləri iştirak edəcək. Bunun üçün assosiasiya tərəfindən 15 kvadratmetrlik sahə icarəyə götürülüb. Sərgi çərçivəsində B2B görüşlər, müxtəlif təqdimatlar keçiriləcək.
Həmsöhbətim sağlamlıq turizmi potensiallı bölgələrimizdə lazımi infrastruktur qurulduğunu bildirdi: «İndi bizim əsas işimiz hər fürsətdən istifadə edib fəaliyyətə başlayan sağlamlıq istirahət mərkəzlərini təbliğ etmək, onları tanıtmaqdır. Almatı sərgisində də ölkəmizin sağlamlıq turizmi imkanlarının yüksək səviyyədə təmsil olunmasına çalışacağıq».

 Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar