Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallının müşayiəti ilə bu ölkədə akkreditə olunmuş xarici diplomatların bir qrupu respublikamızda səfərdə olub.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov nümayəndə heyəti ilə görüşüb. Heyətdə Yaponiya, Vyetnam, Albaniya, Monteneqro, Yunanıstan, Xorvatiya, Macarıstan, Gürcüstan və Pakistanın İsveçrədəki səfirləri yer alıb.
İlk olaraq diplomatlara Azərbaycanın mədəniyyət və turizm potensialı haqqında qısa film nümayiş etdirilib.
Sonra nazir müavini Nazim Səmədov səfirlər ilə təmsil etdikləri ölkələrin Azərbaycanla mədəniyyət və turizm sahəsində əlaqələri barədə müzakirələr aparıb. Qonaqlara ölkəmizin mədəniyyət və turizm obyektləri, qeyd edilən sahələrdə informasiya texnologiyalarının tətbiqi, ölkəmizin qədim tarixi barədə məlumat verilib. Azərbaycanın tarixən tolerantlıq məkanı kimi tanındığı, xalqımızın qonaqpərvərliyinin qədim ənənələrə söykəndiyi vurğulanıb.
Tədbirdə qonaqlara 18-19 may 2015-ci il tarixində Bakıda keçirilməsi nəzərdə tutulan 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında geniş məlumat verilib, tədbirə 100-dən çox ölkədən 600-ə yaxın iştirakçının qatılacağı qeyd edilib.
Nazir müavini səfirlərin Azərbaycanla bağlı təəssüratları, həmçinin ölkələrimiz arasında əməkdaşlığın daha da intensivləşdirilməsinə dair fikirləri ilə maraqlanıb.
Sonda qonaqlar qəbula görə nazir müavininə təşəkkür ediblər, ölkələrinin Azərbaycanla mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar